Bakı ilə bağlı dəhşətli statistika -   Ölənlər və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakı ilə bağlı dəhşətli statistika - Ölənlər və yaralananlar var

Hadisə

27 Aprel 2026 14:27 191


Ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospketi “Koroğlu” metro stansiyasının yaxınlığında ağır qəza baş verib. Nəticədə piyada dünyasını dəyişib. 

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Müşahidə kamerasının qeydə aldığı bu qəza 12 zolaqlı yolun hərəkət hissəsindən keçməyin nə qədər təhlükəli olduğunu göstərir.

“Yol hərəkəti iştirakçılarının maariflənməsi üçün mütəmadi aparılan təbliğat işləri, bu istiqamətdə yol-nəqliyyat hadisələrinin real görüntülərinin diqqətə çatdırılması müsbət nəticə versə də, ancaq təəsüflər olsun ki, bəzi sürücü və piyadalar bundan nəticə çıxarmır.

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub. Nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb.

Qəzaların olmaması üçün sürücülər yollarda ilk növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər”, - qurumdan qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!