Uyğunsuzluq aşkarlanan baytarlıq preparatı məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Uyğunsuzluq aşkarlanan baytarlıq preparatı məhv edildi

Sosial

27 Aprel 2026 15:33 143


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib.

"Yeni Sabah" xəbər verir ki, məhsul partiyasından agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.

Sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul olunmuş müvafiq qərar əsasında məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!