Bakıda ev almaq istəyənlər üçün xəbərdarlıq:   Bu ərazilər...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ev almaq istəyənlər üçün xəbərdarlıq: Bu ərazilər...

İqtisadiyyat

27 Aprel 2026 17:36 342


Bakıda son illər şəhərsalma və yenidənqurma layihələrinin genişlənməsi ilə bəzi ərazilərdə yerləşən ev və torpaq sahələri bazarda daha cəlbedici görünməyə başlayıb. Xüsusilə plana düşəcəyi ehtimal olunan yerlərdə qiymətlər ya süni şəkildə artırılır, ya da “gələcəkdə yüksək kompensasiya” vədi ilə alıcılara təqdim olunur. Bu isə bir tərəfdən sərfəli investisiya kimi qiymətləndirilsə də, digər tərəfdən hüquqi qeyri-müəyyənlik, sənəd problemləri və gözlənilən kompensasiyanın reallıqdan uzaq olması kimi riskləri də özü ilə gətirir. Belə olan halda, Bakıda plana düşən ərazilərdə daşınmaz əmlak alanları hansı risklər gözləyir? Bu alışdan real qazanc əldə etmək mümkündürmü və ən əsası, plana düşüb-düşmədiyi tam aydın olmayan ərazilərdə aldanmamaq üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, plana düşən ərazilərdə, sənədləri qaydasında olan, yəni mülkiyyət hüququ təsdiqlənmiş və daşınmaz əmlakı ilə bağlı heç bir problemi olmayan vətəndaşlar, kompensasiya məsələsi nəzərə alındıqda əksər hallarda uduzmurlar.

Onun fikrincə, xüsusilə pilot layihələr həyata keçirilərsə, bu zaman vətəndaşın zərər çəkmə ehtimalı aşağı olur: “Məsələn, şəhərin mərkəzi hissəsində hər kvadratmetr üçün təxminən 2700 manat civarında kompensasiya təklif olunur. Bəli, müəyyən risklər mövcuddur, lakin ümumilikdə belə hallarda daşınmaz əmlakını satan və ya layihəyə daxil olan vətəndaşdan çox, alıcı tərəf daha çox risk daşıyır”.

Ekspert bildirib ki, əgər ərazi plana düşürsə və həmin ərazidə çoxmənzilli bina tikilməsi nəzərdə tutulursa, vətəndaş əvvəlcədən həmin zonada mənzil alarsa, gələcəkdə ona uyğun və adekvat kompensasiya ödənilməsi təmin olunur. Onun sözlərinə görə, bununla belə, bu məsələlərlə bağlı açıq və sistemli məlumat mənbələri demək olar ki, mövcud deyil:

“Vətəndaşlar dəqiq informasiyanı əsasən yerli icra hakimiyyətlərindən, xüsusilə Bakı Şəhər İcra Hakimiyyətindən əldə edə bilirlər. Lakin cəmiyyət üçün bu sahədə tam və şəffaf məlumatların təqdim olunduğunu demək çətindir. Özəl tikinti şirkətləri də layihələrə cəlb olunduqda, bəzi hallarda məlumatların geniş şəkildə açıqlanmasında maraqlı olmurlar”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!