Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri Müctəba Xameneidən mesaj aldığını açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, o, İran XİN rəhbəri Abbas Əraqçi ilə görüşündə deyib:
"Ötən həftə İranın Ali Rəhbərindən mesaj aldım. Sizdən xahiş edirəm ki, buna görə səmimi minnətdarlığımı çatdırasınız və Rusiyanın da İran kimi strateji münasibətlərimizi davam etdirmək niyyətində olduğunu təsdiqləyəsiniz".
Putin M.Xameneiyə cansağlığı və ən xoş arzularını çatdırıb.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Yaxın Şərqdə sülhün mümkün qədər tez bərqərar olması üçün hər şeyi edəcək:
"Öz tərəfimizdən bu sülhün mümkün qədər tez əldə edilməsi üçün sizin maraqlarınıza, regionun bütün xalqlarının maraqlarına xidmət edən hər şeyi edəcəyik. Siz bizim mövqeyimizi yaxşı bilirsiniz".
A.Əraqçi ilə görüş Sankt-Peterburqdakı Prezident Kitabxanasında keçirilib.
Görüşdə Rusiya tərəfindən Rusiya xarici işlər naziri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edib.
Əraqçidən əlavə, İran nümayəndə heyətinə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi və İranın Moskvadakı səfiri Kazem Cəlali daxildir.
Telegram kanalımız