Deputat: “Azərbaycanda lizinq faizləri yüksəkdir”

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Azərbaycanda lizinq faizləri yüksəkdir”

İqtisadiyyat

27 Aprel 2026 13:04 160


"Müzakirə edilən qanun layihəsi, praktiki olaraq maliyyə bazarları sektorunda yeni münasibətlərin formalaşdırılmasına, tənzimləmə və nəzarətin gücləndirilməsinə xidmət edir".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında  “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib. O vurğulayıb ki, layihə hazırlanarkən Türkiyə və ABŞ kimi ölkələrin qabaqcıl təcrübəsindən istifadə olunub:

"Xüsusilə ABŞ təcrübəsindəki lisenziyalaşdırma və bazara daxil olma dərəcələri ilə bağlı meyarların nəzərə alınması strateji əhəmiyyət kəsb edir. Mərkəzi Bank tərəfindən risk qiymətləndirilməsinin tətbiqi isə qanunun sektora təsirlərini daha dəqiq müəyyən etməyə imkan verəcəkdir".

V. Bayramov Azərbaycandakı lizinq bazarındakı mövcud vəziyyəti beynəlxalq göstəricilərlə müqayisə edərək bildirir ki, hazırda ölkədə banklar tərəfindən təklif olunan lizinq faizləri kredit faizləri ilə müqayisədə kifayət qədər yüksəkdir.

Müqayisə üçün o qeyd edib ki, Avropa İttifaqında biznes kreditləri təxminən 2.5%, istehlak kreditləri isə 7% civarındadır. Yeni qanun layihəsinin qəbulu ilə bu faiz dərəcələrinin aşağı düşməsi və lizinq xidmətlərinin, xüsusilə kiçik və orta sahibkarlar üçün daha əlçatan olması hədəflənir:

"Bundan əlavə, qanunla lizinq şirkətləri üçün yeni hesabatlılıq sisteminin, reyestrin və minimal kapital tələblərinin müəyyən edilməsi nəzərdə tutulur. Beynəlxalq təcrübədə olduğu kimi, gələcəkdə fiziki şəxslərin də lizinq prosesində iştirak imkanlarının qiymətləndirilməsi vacibdir. Bu islahatların sektorda rəqabəti artıracağı və iqtisadi canlanmaya səbəb olacağı gözlənilir".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!