Bakıda ağır qəza - Ölən və yaralananlar var 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağır qəza - Ölən və yaralananlar var 

Hadisə

16 May 2024 09:32 897


Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yol-nəqliyyat hadisəsi olub, bir nəfər ölüb, iki nəfər yaralanıb. 

Report-un məlumatına görə, Məmmədov Piruz İsa oğlu gecə saatlarında idarə etdiyi "Mercedens Benz C 320" markalı avtomobillə sözügedən ünvanda hərəkətdə olarkən idarə etməni itirib və yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çırpılıb. 

Nəticədə sərnişin Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü Məmmədov Piruz İsa oğlu da daxil olmaqla avtomobildə olan digər sərnişinlər Piriyev Orxan Fariz oğlu və Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Dominos pizza

Faktla bağlı cinayət işi başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!