Bakıda ağır yol qəzası Bir nəfər öldü, biri ağır yaralandı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağır yol qəzası Bir nəfər öldü, biri ağır yaralandı - FOTO

Hadisə

16 İyun 2024 09:45 764


Bu gün səhər saatlarında Lökbatan dairəsində ağır yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki,  hadisə körpünün üstündə, rayondan qayıdan "Ford" markalı avtomobilin "KamAZ" yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və həkimlərin nəzarəti altındadır. Sezar pizza

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili tibbi yardım xidmətləri cəlb edilib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) BAKU.WS-ə bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili yolda dayanan “Kamaz” markalı yük avtomobilinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!