Bakıda altı ayda 18,9 milyard manatlıq məhsul satılıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda altı ayda 18,9 milyard manatlıq məhsul satılıb

İqtisadiyyat

11 Avqust 2023 06:58 2704


Cari ilin yanvar-iyun aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 18 milyard 965,9 milyon manat olmaqla 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,8 faiz artıb.

Bakı Şəhər Statistika İdarəsindən “Yeni Sabah”a bildirilib ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,4 faizini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri 2022-ci ilin səviyyəsindən real ifadədə 9,8 faiz artaraq 18 milyard 086,5 milyon manat olub. 

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz azalaraq 8 milyard 242,8 milyon manat təşkil edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!