Yolu keçməyən istəyən ana və iki azyaşlı övladını maşın vurub.
“Yeni Sabah” BAKU TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu tayonu ərazisində qeydə alınıb.
Ana və iki azyaşlı övladı yolu keçmək istəyərkən Tağıyev Taleh Əhliman oğlu idarə etdiyi "Ravon" markalı avtomobillə onları vurub. Dominos pizza
Nəticədə ana və azyaşlı oğlu dünyasını dəyişib. Digər qız uşağı isə xəsarət alıb.
Dərhal xəstəxanaya çatdırılan uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Qəza baş verən ünvandan görüntüləri təqdim edirik:
Telegram kanalımız