Bakıda ana və qızını avtomobil vurdu: Vəziyyətləri ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ana və qızını avtomobil vurdu: Vəziyyətləri ağırdır

Hadisə

04 İyun 2024 02:10 632


Bakının Xəzər rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidə qeydə alınıb.

Belə ki, yolu keçən ana və azyaşlı qızı minik avtomobili vurub. Ağır xəsarət alan piyadalar xəstəxanaya yerləşdiriliblər. Marqarita pizza

Hadisə ilə bağlı araşdırma aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, xəsarət alanlardan 33 yaşlı şəxs (cinsi qadın) qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Digər xəsarət alan doqquz yaşlı şəxs (cinsi qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!