Paytaxtda apteklərdə tibbi maska və spirt tapılmır - Video

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda apteklərdə tibbi maska və spirt tapılmır - Video

Sosial

27 Fevral 2020 23:29 619


Son günlər dünyanı cənginə alan koronovirus epidemiyası ilə əlaqədar olaraq tibbi maska qıtlığı yaşanır. Bu tendensiya Azərbaycandan da yan keçməyib. "Yeni Sabah" Baku TV-yə istinadən xəbər verir ki, bir neçə həftə əvvələ qədər bir ədədi 10 qəpiyə satılan qoruyucu maskalar hazırda apteklərdə bir neçə dəfə baha qiymətə təklif olunur. Alıcılar bildirir ki, hətta bəzi apteklərdə pərakəndə satışa məhdudiyyət qoyulub, beş ədəddən çox maska satılmır. Süni qiymət artımı və qıtlıq təkcə maskalarla da bitmir. Tələbat yüksək olsa da, bir çox apteklərdə tibbi spirtin satışında da qıtlıq müşahidə edilir.http://baku.tv/embed/15040
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!