Bakıda avtobus qəzasında 5 nəfər həlak olub -   YENİLƏNİR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobus qəzasında 5 nəfər həlak olub - YENİLƏNİR

Kriminal

13 Oktyabr 2021 08:46 2442


Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

“Yeni Sabah”ın məlumatına görə, qəzada çox sayda ağır yaralılar var.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, prospektdə baş verən ağır hadisə ölən və yaralananlar var: “Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub”. Pepperoni pizza

***

Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 21 nəfər xəsarət alıb. 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər 3 saylı Kliniki Şəhər Xəstəxanasına) çatdırılıb. 

Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. 

***

Bakının aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

Yenisabah.az xəbər verir ki, həmin şəxs Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğludur.

M.Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!