Bakıda avtobus yandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobus yandı

Kriminal

01 Sentyabr 2020 09:03 1114


Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

FHN-nin xəbərinə görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Bakı Nəqliyyat Agentliyi hadisə haqda bildirib ki, “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub: "Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır". Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!