Bakıda avtomat satmaq istəyən şəxs yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomat satmaq istəyən şəxs yaxalandı

Kriminal

12 Aprel 2021 11:57 740


Paytaxtın Nizami rayonunda qanunsuz odlu silah-sursatının aşkar edilməsi istiqamətində əməliyyat keçirilib.

Yenisabah.az xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsi əmakdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz AKM tipli avtomat gəzdirməkdə şübhəli bilinən 27 yaşlı paytaxt sakini Renat Həmzəyev müəyyən olunaraq tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) madddələri ilə məhkum olunan R.Həmzəyev silahı tanımadığı şəxsdən aldığını və digər şəxsə satmaq üçün apardığını bildirib. Sezar pizza

Qanunsuz odlu silah gəzdirən şəxslə bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!