Bakıda avtomobil aşdı: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobil aşdı: Xəsarət alanlar var

Hadisə

26 Aprel 2024 00:48 570


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

1996-ci il təvəllüdlü Salman Hüseynağa oğlu Salmanov idarə etdiyi VAZ-2106 markalı avtomobili aşırıb. Sezar pizza

Nəticədə sürücü və avtomobildə olan üç sərnişin xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin verdiyi məlumata görə, sürücü S.Salmanov və sərnişin Əli Zaur oğlu Rzayevin vəziyyəti ağır olduğundan onlar tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!