Bakıda avtomobil qaçırılıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobil qaçırılıb

Kriminal

22 Fevral 2019 16:20 898


Bakıda avtomobil qaçırılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanılıb. pizza sifarişi

Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maşatağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!