Bakıda avtomobil süpürgəçini vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobil süpürgəçini vuraraq öldürdü

Hadisə

29 May 2024 00:54 667


Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu süpürən qadını vurub. pizza hut

Zərbənin təsirindən qadın yol kənarında dayanan "Şuşa" restoranın ofisiantı 1999-cu il təvəllüdlü Şəhriyar Namiq oğlu Heydərova çırpılıb.

Ş.Heydərovun başı beton plitəyə dəyib. Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib.

Ş.Heydərov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!