Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Hadisə

30 Mart 2024 21:19 285


Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Hyundai” markalı, 99-SY-403 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. pizza mizza

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Araz Failxan oğlu Qasımov bir il sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!