Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı və 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu itkin düşüblər.
"Yeni Sabah" xəbər verir ki, avqustun 15-də, günortadan sonra uşaqlar həyətdə oynayırmışlar. Həmin zaman onların anaları işdə olub.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edilib. Dominos pizza
Uşaqları görənlərdən, onların harda olması barədə məlumatı olanlardan 055-904-99-99 nömrəsinə zəng etmələri xahiş olunur.
/Report
Telegram kanalımız