Bakıda azyaşlı qız dəm qazından boğularaq öldü

Bakıda azyaşlı qız dəm qazından boğularaq öldü

Hadisə Veb saytların hazırlanması

09 Dekabr 2023 22:56 895


Bakının Sabunçu rayonunda evdən 11 yaşlı uşağın meyiti tapılıb.

Yenisabah.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. 2012-ci il təvəllüdlü Əliyeva Dəniz Rasim qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Ölümün dəqiq hansı şəraitdə baş verdiyi araşdırılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!