Bakıda azyaşlının atası tərəfindən dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmadı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda azyaşlının atası tərəfindən dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmadı

Kriminal

28 May 2020 18:47 1012


Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tam və hərtərəfli araşdırılır.

Bakı Şəhər Baş Polis İdarəsindən Yenisabah.az-a verilən məlumata görə, azyaşlının məcburi əməyə-dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb. Suraxanı RPİ 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası onu tənbeh etmək məqsədilə, parçla (qulplu su qabı) övladına xəsarət yetirib.

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir, ailə üzvlərinin və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!