Bakıda DƏHŞƏT! Bacısına 4 bıçaq zərbəsi vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda DƏHŞƏT! Bacısına 4 bıçaq zərbəsi vurdu

Kriminal

14 İyun 2021 12:00 1267


Bəzi kütləvi informasiya vasitələrində qardaşın bacısına 10 bıçaq zərbəsi vurması və bununla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsində araşdırma aparılması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a bildiirlib ki, paytaxt sakini Natiq Çələbiyevin aralarında yaranmış mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya 4 bıçaq xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurması faktı əsasında Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Natiq Çələbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Pepperoni pizza

Hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!