Bakıda bahalı qəza: “Maserati”, “Jeep”, “Chrysler”…

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bahalı qəza: “Maserati”, “Jeep”, “Chrysler”…

Kriminal

11 Fevral 2021 08:47 1147


Bakının Səbail rayonunda beş avtomobil toqquşub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun və Üzeyr Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Maserati" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Maserati" Nicat Cəfərova məxsus "Jeep"ə, daha sonra "Chrysler" və "Hyundai"a dəyib. Dominos pizza

Qəza nəticəsində 2001-ci il təvəllüdlü Mehbalıyev Kənan Ramiz oğlu və 1984-cü il təvəllüdlü Xryaşkin Aleksey İqoroviç müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, K.Mehbalıyevin vəziyyəti ağırdır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, "VAZ 2115" markalı avtomobil yol ayrıcını işıqforun qırmızı işığında keçib.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!