Bakıda baş verən dəhşətli piyada vurulmaları -   HƏSSAS KADRLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda baş verən dəhşətli piyada vurulmaları - HƏSSAS KADRLAR

Sosial

20 May 2025 13:28 264


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciət edib.

NİİM-dən Yenisabah.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Sürücülərin nəqliyyat vasitəsini sürətlə idarə etməsi, piyada keçidini bildirən nişana diqqət yetirməməsi və məsuliyyətsizlik sonda piyadaların vurulması ilə nəticələnir. Ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qaydalara əməl edib piyada keçidindən keçən iki piyada motosiklet sürücüsü tərəfindən vurulub. Dördpendirli pizza

Digər bir anoloji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb. Ölüm və xəsarətlə nəticələnən bu tip qəzaların ilkin təhlili deməyə əsas verir ki, səbəblər eynidir. Ancaq təəssüflər olsun ki, bu səbəblərdən nəticə çıxarmadıqda, hələ də piyadalar təhlükə ilə üz-üzə qalmaqda davam edirlər.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəqliyyat vasitələrinin sürücülərinə bir daha müraciət edir:

1. Piyada keçidlərini bildirən nişanlara diqqət yetirin;

2. Keçidlərə yaxınlaşarkən sürəti azaldın;

3. Xüsusilə də axşam və gecə saatlarında piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olun.

Qeyd olunub ki, keçidə daxil olduqları andan etibarən piyadalara yol vermək sürücülərin vəzifəsidir və bu qaydaya əməl etməməyə görə məsuliyyət daşıyırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!