Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1 nəfərin bataqlıqda batmaq təhlükəsində olması barədə məlumatlar daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatlarla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar. Dominos pizza
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Bülbülə qəsəbəsindəki bataqlıqda batma təhlükəsində olan 1 nəfər xilas edilib.
Telegram kanalımız