Bakıda batma təhlükəsində olan 69 yaşlı kişi xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda batma təhlükəsində olan 69 yaşlı kişi xilas edildi

Hadisə

21 İyul 2026 20:08 110


Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaş batma təhlükəsi ilə üzləşib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər. Pepperoni pizza

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1957-ci il təvəllüdlü Sadiq Qubad oğlu Quliyev dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!