Avarçəkmə üzrə ikiqat Olimpiya çempionu, norveçli Olof Tufte 50 yaşında vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Beynəlxalq Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb. pizza
Tufte təkadamlıq qayıqla yarışlarda iki dəfə Olimpiya çempionu olub. İkinəfərlik qayıqlarda isə Olimpiya oyunlarında gümüş və bürünc medal qazanıb.
Norveçli idmançı dünya çempionatlarında da iki qızıl, bir gümüş və üç bürünc medal əldə edib./Oxu.az
Telegram kanalımız