Suriyadan qaytarılan uşaqlar: “Bu, onların Azərbaycan vətəndaşı olduğu anlamına gəlmir”

saytların hazırlanması

Evə çatdırılma

Suriyadan qaytarılan uşaqlar: “Bu, onların Azərbaycan vətəndaşı olduğu anlamına gəlmir”

Sosial

21 İyul 2026 11:40 503


2020-2026-cı illərdə Suriyadakı münaqişə zonasından Azərbaycana ümumən 260-dan çox Azərbaycan vətəndaşı (əsasən qadınlar və uşaqlar) vətənə qaytarılıb.

Son reportasiya zamanı 16 nəfər geri dönüb.

“Suriyadan gətirilən qadınlar sübut olmadan terror ittihamı ilə məsuliyyətə cəlb oluna bilməzlər”. pizza mizza

Bunu “Yeni Sabah”a vəkil Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, həmin qadınlar barəsində Cinayət Məcəlləsinin terrorçuluq və ya terror fəaliyyətində iştirakla bağlı maddələri üzrə cinayət işi yalnız konkret sübutlar olduğu halda açıla bilər:

“Sadəcə onların Suriyada olması hansısa qanunsuz fəaliyyətlə məşğul olmalarının sübutu deyil. Suriya dövləti və ya aidiyyəti qurumlar onların terror fəaliyyətində, hərbi əməliyyatlarda iştirak etməsi, terrorçuları maliyyələşdirməsi və ya başqa cinayət əməlləri törətməsi ilə bağlı sübut təqdim etməlidir. Belə faktlar yoxdursa, onları hər hansı cinayət əməlinə görə məsuliyyətə cəlb etmək olmaz".

Ə.Həsənov qeyd edib ki, hər bir şəxs üzrə qiymətləndirmə fərdi qaydada aparılmalıdır. Konkret faktlar müəyyən edilərsə, həmin şəxsin hansı əməllərdə iştirak etməsi ayrıca araşdırılır və hüquqi qiymət verilir.

Vəkil Suriya və İraqda doğulan uşaqların vətəndaşlıq məsələsinə də toxunub:

“Bu uşaqlar avtomatik olaraq Azərbaycan vətəndaşı hesab olunmur və onların hüquqi statusunun müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun prosedurlar həyata keçirilməlidir.

Ananın Azərbaycan vətəndaşı olması avtomatik olaraq uşağın da Azərbaycan vətəndaşı olduğu anlamına gəlmir. Əgər sübut olunarsa ki, hər iki valideyn Azərbaycan vətəndaşıdır, bu halda dövlət uşağa vətəndaşlıq verməkdən imtina edə bilməz. Lakin atanın kimliyi və ya vətəndaşlığı təsdiqlənməyibsə, məsələ hər bir konkret hal üzrə ayrıca qiymətləndirilməlidir və müvafiq prosedurlar həyata keçirilməlidir".

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!