Vüsalə: “İllərdir kirayədə yaşayıram”

saytların hazırlanması

Evə çatdırılma

Vüsalə: “İllərdir kirayədə yaşayıram”

Şou

21 İyul 2026 14:09 380


Vüsalə Əlizadə kirayə evdən köçdüyünü bildirib.

“Yeni Sabah” xəbər verir ki, aparıcı “Instagram” hesabında özgə evdə yaşayın onun üçün həm fiziki, həm də mənəvi baxımdan ağır keçdiyini etiraf edib.

V.Əlizadə illərdir övladının təhsili və gələcəyi naminə bu çətinliklərə dözdüyünü vurğulayıb: Sezar pizza

“Heç sevmirəm köç etməyi. Yorğun, gərgin, hər şey dağınıq... Eyni zamanda, çiyninə yükdən də ağır xatirələr alırsan. Enerjini saçdığın, nəfəsinlə isitdiyin, qəhqəhələr atdığın, bəzən də bir küncünə qısılıb körpə uşaq kimi ağladığın, acılı, şirinli xatirələr... Çox yoruldum. İllərdir balamı dişimə tutub onun təhsili, gələcəyi üçün bu yükə qatlandım”.

Aparıcı yaşadığı hər kirayə evə doğma münasibət bəslədiyini qeyd edib və gələcəkdə öz evinə köçəcəyinə ümid etdiyini ifadə edib:

“Amma kirayədə olduğum hər evə yad ev demədən o qədər sevgi verdim, o qədər bağlandım ki... Əminəm ki, Allah məni yenə mükafatlandıracaq. Haqqıma girənləri, babalımı yuyanları Allaha həvalə etdim. Allah qismət etsin, tezliklə öz evimizə köçək. Amin”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!