"Ali Rəhbərlə münasibətlərimiz gündən-günə inkişaf edir".
"Yeni Sabah" Quds Online-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O, Ali Rəhbər Müctəba Xamenei ilə daimi əlaqəsini təsdiqləyib. pizza mizza
"Şəhid Ali Rəhbərlə də münasibətlərimizdə heç vaxt problem olmayıb. Həmişə arxamda dağ kimi dayanıb", - deyə Pezeşkian əlabə edib.
İran Prezidenti qeyd edib: “Dövlət televiziyası Ali Rəhbərin bəyanatlarının yalnız danışıqlarla əlaqəsi olmayan hissələrini yayımlayır. Lakin onunla şəxsi görüşümüzdə o, bu vəziyyətin - nə hərbə, nə də sülh - bitməli olduğunu vurğulayıb. Məhz buna görə də danışıqlara başladıq. Diplomatik vasitələrimiz İran xalqının hüquqlarını pozmayacaq”.
M.Xamenei martın 8-də İran lideri seçilib. Bundan əvvəl də Məsud Pezeşkian Ali Rəhbərlə görüşdüyünü etiraf etmişdi.
Xarici işlər naziri Abbas Əraqçi isə son müsahibəsində hələ belə bir imkanının olmadığını bildirib.
Telegram kanalımız