Sabahdan 29 iyun–8 iyul 2026-cı il tarixlərində ərizə qəbulu mərhələsi baş tutmuş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
"Yeni Sabah" xəbər verir ki, müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan müəssisələr üzrə şəhər və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə komissiya üzvləri tərəfindən qiymətləndiriləcək. pizza sifarişi
Telegram kanalımız