Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə

Sosial

21 İyul 2026 15:08 126


Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, III ixtisas qrupu (DT altqrupu) üzrə müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər iyulun 24-dən 27-dək (saat 23:59-dək) DİM-in internet səhifəsində sorğu anketini dolduraraq qeydiyyatdan keçməlidirlər.

Müəyyən kateqoriyadan olan abituriyentlər üçün qabiliyyət imtahanında iştirak dövlət büdcəsi hesabına təmin ediləcək. Digər namizədlər isə qeydiyyat üçün tələb olunan ödənişi şəxsi kabinetlərindəki hesaba əlavə etməlidirlər. pizza hut

Qabiliyyət imtahanında iştirakçılar təqdim olunan mövzu əsasında inşa (esse) yazacaqlar. İmtahan avqustun 4-də kompüter vasitəsilə keçiriləcək və bu ildən etibarən inşalar ilk dəfə elektron formada yazılacaq.

Bu yenilik abituriyentlərə mətnlərini daha rahat redaktə etmək, vaxtdan səmərəli istifadə etmək və fikirlərini daha oxunaqlı şəkildə təqdim etmək imkanı yaradacaq. Həmçinin qiymətləndirmə prosesində əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!