Salyanda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
"Yeni Sabah" xəbər verir ki, 1963-cü il təvəllüdlü Şorsulu kənd sakini Nazim Qasımovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1988-ci il təvəllüdlü Razi Dadaşovun "Toyota Prado" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü Nazim Qasımov, eyni kənddən olan sərnişinlər - 1982-ci il təvəllüdlü İlkin Qasımov, 2006-cı il təvəllüdlü Elnur Əhmədov, 1972-ci il təvəllüdlü Vüqar Əsədov hadisə yerində ölüb. pizza mizza
2003-cü il təvəllüdlü Əlifağa Hümmətov və "Toyota Prado" markalı avtomobildə olan sərnişin 2015-ci il təvəllüdlü Alçalı kənd sakini Namus Dadaşzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan xəstəxanasına daxil olublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Telegram kanalımız