Məşhur macar şahmatçısı Yudit Polqar prezident olmaqdan imtina edib.
"Yeni Sabah" DW-yə istinadla xəbər verir ki, o, "tarixi məsuliyyəti qəbul etməyə və bölünmüş bir milləti birləşdirməyə" hazır olmadığını bildirib.
Macarıstanın Baş naziri Peter Madyar Polqarın qərarına hörmətlə yanaşıb. Toyuqlu pizza
Macarıstan prezidentliyinə yeni namizədin kim olacağı hələ də məlum deyil.
Yudit Polqar şahmat ustalarının dünya reytinqində ilk onluğa daxil olan yeganə qadındır. 2014-cü ildə başa çatan peşəkar karyerası ərzində o, digərləri ilə yanaşı, Qarri Kasparovu da məğlub etməyi bacarıb.
49 yaşlı "Şahmat kraliçası"nın Macarıstanın dövlət başçısı vəzifəsinə namizədliyi iyulun 19-dan bəri müzakirə olunur. Keçmiş Baş nazir Viktor Orbanın müttəfiqi hesab edilən Macarıstanın keçmiş prezidenti Tamaş Şuok istefa verib.
Macarıstanın hakim partiyası şahmat əfsanəsi Yudit Polqarı prezidentliyə təsdiqləyib.
Telegram kanalımız