Almaniyada Adolf Hitleri təqlid edən görünüşü ilə tanınan Niderland vətəndaşı Stefan Veykamp Hitleri təriflədiyi açıqlamalara görə məhkəmə qarşısına çıxacaq.
"Yeni Sabah" xəbər verir ki, Veykamp "xalqı nifrətə və düşmənçiliyə təhrik etmək" ittihamı ilə mühakimə olunacaq. İş üzrə ilk məhkəmə iclası iyulun 24-nə təyin edilib.
İttihama səbəb Veykampın ötən il sosial şəbəkədə verdiyi müsahibədə Adolf Hitler barədə səsləndirdiyi fikirlər olub. O, həmin müsahibədə "Almaniyaya sevgimin adı Adolf Hitlerdir" deyərək, Hitleri "bənzəri olmayan dünya möcüzəsi" və "dahi" adlandırıb. Toyuqlu pizza
Almaniya qanunvericiliyinə əsasən, Hitler və digər nasist liderlərinin təriflənməsi cinayət hesab olunur. Almaniya mətbuatının yazdığına görə, Stefan Veykamp ötən il fəaliyyətinə son qoyulan radikal sağçı "Die Rechte" partiyasının üzvü olub və əvvəllər digər radikal sağçı alman siyasi qurumlarında da rəhbər vəzifələrdə çalışıb.
Niderland mediası isə onun öz ölkəsində də ictimai yerlərdə nasist salamı verməsi ilə bağlı hüquqi problemlərlə üzləşdiyini yazıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız