Avstraliyada yaşayan 36 yaşlı Damian Qordon adlı şəxs 7 il ərzində topladığı boş plastik şüşə və alüminium içki qutularını təhvil verərək ev almaq üçün ilkin ödəniş toplayıb.
"Yeni Sabah" xəbər verir ki, Qordon 2017-ci ildən əlavə gəlir əldə etmək məqsədilə istifadə olunmuş içki qablarını toplamağa başlayıb. O, Avstraliyada tətbiq olunan "Return and Earn" (Qaytar və Qazan) proqramı çərçivəsində təhvil verdiyi hər şüşə və ya qutuya görə 10 Avstraliya senti əldə edib.
Qazandığı pulu xərcləmək əvəzinə ayrıca hesabda toplayan Qordon işdən sonra çimərliklərdə, parklarda və ictimai yerlərdə tullantılar yığıb. O, daha sonra musiqi festivallarında keçirilən könüllü təmizlik aksiyalarına da qoşulub. pizza
7 il ərzində 450 mindən çox şüşə və qutunu təkrar emala göndərən Qordon ümumilikdə təxminən 46 min Avstraliya dolları toplayıb.
O, 2024-cü ildə topladığı vəsaiti balıqçı daxmasını almaq üçün tələb olunan ilkin ödəniş kimi istifadə edib. Qordon hazırda da şüşə və qutuları toplamağa davam etdiyini bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız