“Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar” - İlham Əliyev

Siyasət

21 İyul 2026 23:55 154


"Avropa məkanında yeni interkonnektorlar lazımdır. Əlbəttə ki, buna vəsait lazımdır".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib.

"Əsas problemlərdən biri də odur ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə maliyyə dəstəyini dayandırmışdır. Beləliklə, bu gün infrastrukturu - Avropanı qazla təchiz edən infrastrukturu genişləndirmək üçün biz başqa mənbələrdən kreditlər almalıyıq. Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə nəzərə alsaq ki, bu gün Yaxın Şərqdə böhran əfsuslar olsun ki, dərinləşir və ənənəvi təchizat zəncirləri qırılıb. pizza sifarişi

Nəzərə alsaq ki, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsullarını ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, yaşıl gündəliyi nəzərə almaq şərti ilə bu məsələlərə yenidən baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, neft-qaz infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda Azərbaycan Avropa məkanına, o cümlədən Almaniyaya öz qaz ixracını böyük dərəcədə artıra bilər", - Prezident vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!