Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO 

Hadisə

06 May 2024 14:51 652


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində binaların birində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü M.Hüseynova yaşadığı mənzilin eyvanından binanın 1-ci mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!