Bakıda beynəlxalq futzal turniri keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda beynəlxalq futzal turniri keçiriləcək

İdman

24 Noyabr 2023 20:31 941


AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək.

Yenisabah.az xəbər verir ki, mükafatlar uğrunda Azərbaycan, Belarus və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaqlar.

Yarış noyabrın 26-30-u aralığında Bakı İdman Sarayında təşkil olunacaq. Turnirin təqvimi və oyunları idarə edəcək hakimlər də müəyyənləşib. pizza

Azərbaycan - Belarus

Yarış 26 noyabr tarixində, Bakı İdman Sarayında, saat 17:00-da baş tutacaq.

Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov.

Azərbaycan - Mərakeş

Yarış 28 noyabr tarixində, Bakı İdman Sarayında, saat 17:00-da baş tutacaq.

Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı.

Mərakeş - Belarus

Yarış 30 noyabr tarixində, Bakı İdman Sarayında, saat 17:00-da baş tutacaq.

Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!