Bakıda beynəlxalq konfrans keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda beynəlxalq konfrans keçiriləcək

Hadisə

17 Noyabr 2020 13:08 1142


Qərbi Kaspi Universitetində 27-28 noyabr tarixlərində "Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası" adlı Multidisiplinar Beynəlxalq Konfrans (onlayn) keçiriləcək. 

Yenisabah.az xəbər verir ki, beynəlxalq konfransda Pontokaspi və Qafqaz Bölgəsi, bu ərazidə ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində yaranmış dəyişikliklər, suda və quruda yaşayan canlıların filogenezi, flora və faunanın özəllikləri, geologiya, ekologiya və coğrafiyası, Pontokaspi və Qafqaz Bölgəsində yaşayan insanların mədəniyyətləri, psixoloji və gerontoloji xüsusiyyətləri, bölgə tarixinin maraqlı məqamları və s. alimlər tərəfindən müzakirə edilməsi gözlərnilir. Multidisiplinar Beynəlxalq Konfransın (onlayn) əsas məqsədi fərqli sahələrdə çalışan dünya alimlərinin diqqətini Pontokaspi və Qafqaz bölgəsinin öyrənilməsinə həsr olunmuş çoxsaylı elmi tədqiqatlara yönəltmək və bu bölgənin qlobal problemlərinin həllinə istiqamətlənmiş tədbirlər hazırlanmasına şərait yaratmaqdır.

Xatırladaq ki, Ponto-Kaspi (Xəzər, Qaradəniz və Azov dənizi) və Qafqaz regionu böyük bir çoğrafi ərazini əhatə edir. Bu tarixi bölgədə olan həm su hövzələri və həm də quru ərazilərininözünəməxsus zəngin flora və faunası digər bölgələrdən fərqlənir. Həmçinin bu bölgələrin dağları, tarixi, etnoqrafiyası, arxelogiyası və burada yaşayan xalqların fərqli mədəniyyələtri, təbii ehtiyatlarıturizmin və iqtisadiyyatın inkişafında rolu olduqca böyükdür. pizza mizza

Konfransda iştirak etmək istəyənlər əlavə məlumat almaq üçün bu əlaqə vasitələrindən yararlana bilərlər: science@wcu.edu.az; conference_pontokaspi@wcu.edu.az, (+994 50) 3804359. Məqalələrin son qəbul tarixi: 20 noyabr 2020-ci il, saat 18.00.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!