Bakıda bir-birinə bitişik yeddi ev yandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bir-birinə bitişik yeddi ev yandı - Fotolar

Hadisə

17 Mart 2021 01:57 1614


Bakının Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasının həyətindəki yeddi evdə yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, yanğın bir evdən başlayıb və digərlərinə də keçib.

Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Evlərdən altısı Ramiz Əliyevə, digər bir ev isə onun oğluna məxsusdur. Ümumilikdə isə evlərdə beş ailə yaşayırmış. pizza mizza

Yanğın nəticəsində evlər içərisindəki bütün əşyalarla birlikdə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Sakinlərin dediyinə görə, yanğın elektrik xətlərindəki qısaqapanmadan qaynaqlanıb. /APA

/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!