Bakıda böyük söküntü işləri başladı, park salınacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda böyük söküntü işləri başladı, park salınacaq

Sosial

29 May 2025 18:59 1645


Hal-hazırda keçmiş "Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

Bu barədə Trend etibarlı mənbədən məlumat əldə edib.

"Köçürülən sakinlərlə razılıq əldə edilmiş və onlara qanunamüvafiq kompensasiyalar ödənilib. pizza mizza

Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrini əhatə edir.

Bu proses Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb yerində isə park salınması gözlənilir", - mənbə qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!