Bakıda bu ağacların əkilməsi qadağan olundu -   TƏHLÜKƏ MƏNBƏYİDİR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu ağacların əkilməsi qadağan olundu - TƏHLÜKƏ MƏNBƏYİDİR

Sosial

10 Noyabr 2025 18:09 15683


Bakıda qovaq ağaclarının əkilməsi qadağan olunub.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb həmin ağacların insan həyatına təhlükə yaratmasıdır.

Çünki qovaq ağacları yazda çiçək açanda tükcükləri asanlıqla qoparaq havaya yayılır. Bu isə insanlarda allergik renit, allergik kannyuktivit kimi xəstəliklər yaradır. Astma xəstəliyi olanların isə nəfər almasını çətinləşdirir. Bakıda əksər günlərdə havanın küləkli keçdiyini nəzərə alsaq, vəziyyəti təsəvvür etmək çətin deyil.  pizza sifarişi

Bundan başqa, qovaq ağacları uzunömürlü sayılmır. Bu növ 30-40 il təbiətdə qalır. Paytaxtdakı qovaqlar isə ötən əsrin 70-80-ci illərdə kütləvi şəkildə Rusiyanın müxtəlif yerlərindən gətirilərək əkilib. Şəhərdəki həmin ağacların hamısı ömrünü başa vurmuş sayılır. Gövdəsi enli, budaqları hündür olduğuna görə qurumuş qovaqlar da insan həyatı üçün təhlükə yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Bakıdakı qovaqların kəsilməsinə etiraz etmir. Qurum bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə xüsusi arayış verib. Həmin sənədə əsasən, paytaxtdakı qurumuş qovaqlar əlavə rəy alınmadan kəsilə bilər.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi qovaqların Eldar şamı, Avropa zeytunu, həmişəyaşıl sərvlər, küknar ağacları ilə əvəzlənməsi barədə tapşırıq verib.  

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hacıbaba
    Meyvə ağacları əkilsin.xeyri olsun.Alça, ərik, yapon əzgilialma, armud.şafralı...
    6 months ago