Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsi 104-cü binada günlərdir istilik yoxdur.
Belə ki, binanın yanındakı 16 saylı qazanxananın istilik borularındakı qəza ilə bağlı üç gündür böyük bir yaşayış sahəsindəki binalarda istilik yoxdur.
Yenisabah.az xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə paylaşım ediblər. Onlar aidiyyəti qurumun payız-qış mövsümünə hazırlıq görməməsindən gileylənib: pizza sifarişi
“Görəsən, rayonun istilik sistemləri idarəsi cari ildə payız-qış mövsümünə hazırlıq işləri görməyibmi? İdarənin rəisi Mustafa bəy, görəsən, nə vaxt öz ərizəsi ilə könüllü olaraq istefa verəcək? 30 il rəis işləmək olar?!”
Telegram kanalımız