Bakıda bu binalar söküləcək - Tapşırıq verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu binalar söküləcək - Tapşırıq verildi

Sosial

06 Avqust 2025 23:24 378


Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu il iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb. Toyuqlu pizza

Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.

Artıq Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi yekunlaşıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    YAXŞI OLARDI Kİ ƏLİŞ LƏNBƏRANSKİNİN İŞGÜZAR İDARƏÇİLİK FƏALİYYƏTİNƏ UYĞUN BACARIĞI OLMAYAN , BAKINI İDARƏ EDƏ BİLMƏYƏN MƏMURLAR DA İDARƏ ETMƏDƏN UZAQLAŞDIRILSINLAR.
    9 months ago