Məşhur Formula-1 pilotu Lyuis Hamilton Avstraliyadakı meşə yanğınları ilə mübarizə aksiyasına qoşulub.
“Yeni Sabah” xəbər verir ki, idmançı bunun üçün 500 min dollar ayırmaq fikrində olduğunu açıqlayıb. Bu barədə özü “Tvitter” hesabında yazıb:
“Avstraliyada yanğınların törətdiyi dağıntılar, insanların və floranın üz-üzə qaldığı çətinliklər ürəyimi parçalayır. Onları dəstəkləmək üçün 500 dollar pul vəd edirəm. Bacarırsınızsa, siz də belə bir hədiyyə edin”. pizza mizza
Maraq üçün bildirək ki, Avstraliyadakı meşə yanğınları ilə mübarizəyə bir çox məşhurlar da qoşulub. Rusiyalı tennisçi Mariya Şarapova 25 min dollar, Avstraliyalı aktrisa Nikol Kidman və müğənni Pink hər biri 500 min dollar ödəyib.
Qeyd edək ki, Avstraliyadakı genişmiqyaslı meşə yanğınları səbəbi ilə bir milyarddan çox heyvan, 23 siravi, 3 yanğınsöndürən ölüb. Yanğınlar nəticəsində 6 milyon hektar meşə, 2 minə yaxın yaşayış evi yanaraq kül olub.
Xatırladaq ki, “Mercedes” komandasının pilotu Luis Hamilton 2018-ci il aprelin 29-da Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin qalibi olub.
Telegram kanalımız