Bakıda çökən binada 4 nəfər xəsarət alıb   - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda çökən binada 4 nəfər xəsarət alıb - Rəsmi

Hadisə

24 Fevral 2022 16:12 1211


Xəbər verildiyi kimi, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir. Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılmışlar. 

Yenisabah.az xəbər verir ki, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilmişdir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!