Bakıda daha bir avtobus zolağı yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir avtobus zolağı yaradıldı

Hadisə

29 Yanvar 2021 17:54 1435


Bakı Nəqliyyat Agentliyi (BNA) daha bir küçədə xüsusi avtobus zolağının təşkili işlərini yekunlaşdırıb.

BNA-dan Yenisabah.az-a verilən məlumata görə, Rəşid Behbudov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub:

"Sürücülərdən xahiş edirik ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər. Dördpendirli pizza

Məlumat üçün bildirək ki, Rəşid Behbudov küçəsindən gün ərzində ümumilikdə 10 müntəzəm marşrut xətti üzrə 150-ə yaxın avtobus keçir. Zolağın tələbinə əməl etməklə siz gün ərzində orta hesabla 120.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradacaqsız.

Sosial məsuliyyət nümayiş etdirib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!