Bakıda daha bir narkotacir saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir narkotacir saxlanıldı

Kriminal

24 Aprel 2020 18:47 966


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, Baş İdarəyə “Səyyad” adlı şəxsin narkotik vasitələrin satışını həyata keçirməsi barədə məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Səyyad Kərimov Yasamal rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 422 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Səyyad Kərimov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində Baş İdarə əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!