Bakıda daha bir qatar qəzası -   Kranla toqquşdu - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir qatar qəzası - Kranla toqquşdu - Video

Hadisə

02 Dekabr 2019 14:39 1488


Bakının Sabunçu rayonunda dəmiryol stansiyasında elektrik qatarı ilə kran toqquşub.

“Yeni Sabah” xəbər verir ki, hadisə noyabrın 30-da Pirşağı stansiyasında avtomobil keçidində baş versə də, görüntüləri indi yayılıb.

Pirşağı stansiyasında dəmir yolunun təmiri zamanı kranın sürücüsü yaxınlaşan elektrik qatarının səs siqnalı işarəsinə uyğun olaraq işini saxlayıb. Bu zaman "S" əndazəsinin tələblərini pozub. Artıq gec olduğu üçün elektrik qatarının maşinisti qəfildən əyləci basaraq kabinəni tərk edib və arxa vaqonlara keçib. pizza sifarişi

Hadisə zamanı xəsarət alan olmayıb.

Qəzanın nəticələri bir müddət sonra aradan qaldırılıb.

Məsələ ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Natavan Bayramova bildirdi ki, bu barədə məlumat verilməsi məsləhət deyil.

Qurum rəsmisi vurğuladı ki, ümumiyyətlə əgər bu xəbər verilərsə, bir daha “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat ala bilməyəcəyik./Baku.ws

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!